ABŞ ötən sutka düşmənə məxsus hava platformasını zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, hadisə Alyaska üzərində baş verib. Belə ki, ABŞ hərbçiləri Alyaska səmasında naməlum uçuş aparatı görüb və onu vurublar.

Ağ Ev nümayəndəsinin sözlərinə görə, obyekt təxminən 12 kilometr yüksəklikdə olub və mülki aviasiya üçün təhlükə yaradıb.

Jurnalistlərdən biri vurulan aparatın Çinə məxsus olub-olmadığını soruşub. Ağ Ev sözçüsü bildirib ki, obyektin hansı dövlətə aid olduğu hələ məlumat deyil, hadisə ilə bağlı araşdırma aparılır.