Türkiyədə zəlzələdə ölənlərin sayı 21 848 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bunu Şanlıurfada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, 80 104 nəfər yaralı var.

***15:58

Türkiyədə zəlzələdə ölənlərin sayı 21 043 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Diyarbəkirdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

***

15:26

Türkiyədə zəlzələdə ölənlərin sayı artıb.

"Unikal" xəbər verir ki, ölü sayı 20 937-ə, təxliyə edilənlərin sayı isə 102 388-ə yüksəlib.

***

09:45

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 318 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 91 511 nəfər yaralanıb.

Qeyd olunub ki, aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 80 088 şəxs dağıntılar altından xilas edilib.