Hatayın Antakya rayonundakı zəlzələdə dağıntıları altında qalanların axtarış-xilasetmə işləri davam edir.

"Unikal" xəbər verir ki, xilasedicilər dağıntılar altından Okaylar ailəsinin cəsədlərini çıxarıblar. Xilasetmə qrupları cəsədləri aşkar edərkən təsirli anlar yaşayıblar. 

Belə ki, onlar bir-birini qucaqlayan Mehmet Okay (45), həyat yoldaşı Ebru Okay (45), uşaqları Hayrettin Yiğit Okay (15) və Beren Okayın (6) cansız bədənləri ilə qarşılaşıblar.  

Bildirək ki, Okay ailəsinin cəsədləri 4-cü gündə tapılıb.