Polşa silahlı qüvvələri ABŞ-dan MQ-9A "Reaper" kəşfiyyat tipli pilotsuz uçuş aparatlarını (PUA) icarəyə götürüb.

"Unikal" xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

Qeyd olunur ki, PUA-lar Polşanın Belarus və Ukrayna ilə şərq sərhədinin qorunmasında istifadə olunacaq.

PUA-ların lizinq müqaviləsi 2022-ci ilin sonunda imzalanıb. Polşa Müdafiə Nazirliyi bildirib ki, ölkə öz PUA-larını əldə edənə qədər icarəyə götürülən sistemlər müvəqqətidir.