"İsveç Türkiyə və Macarıstanın müqavimətinə baxmayaraq, Şimali Atlantika Alyansının üzvü olacaq". 

"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq CNN telekanalına müsahibəsində bildirib.

O, həmçinin Ukraynanın ehtiyaclarını ödəmək üçün sursat istehsalını artıracağına söz verib.

"Rusiya-Ukrayna münaqişəsi logistika müharibəsinə çevrilib. Biz hasilatı artırmaq üçün müdafiə sənayesi ilə sıx əməkdaşlıq edirik, qismən öz ehtiyatlarımızı doldura bilək, lakin biz Ukraynanı da dəstəkləməyə davam edirik”, - NATO-nun baş katibi əlavə edib.

Xatırladaq ki, aprelin 4-də Finlandiya NATO-nun rəsmi üzvü olub.