ABŞ-ın San-Fransisko şəhərində “Cash App” mobil ödəniş xidmətinin yaradıcısı Bob Li bıçaqlanaraq öldürülüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə San-Fransisko Polis Departamenti məlumat yayıb.

San-Fransisko qubernatoru 40 yaşlı Bob Linin qətlini "dəhşətli faciə" kimi qiymətləndirib. Amerikalı milyarderin kim və ya kimlər tərəfindən qətlə yetirildiyi hələlik məlum deyil. 

Bob Linin atası da "Ən yaxşı dostumu itirdim" yazısı ilə oğlunun ölümünü təsdiqləyib. Li "MobileCoin"in baş məhsul direktoru, "Square"in keçmiş baş texnologiya direktoru və "Cash App"in təsisçisi idi.

Gülayə Mecid