İrəvanda polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində kriminal aləmdə “Noratuslu Alik” ləqəbli "qanuni oğru" saxlanılıb.

"Unikal" xəbər verir ki,  bu  barədə erməni KİV-ləri məlumat yayıb. 

Əsl adı Alik Banduryanla yanaşı Mher Petrosyan, Misak Paşikyan, Armen Sadıxyan və Papin Beybutyan da polis tərəfindən nəzarətə götürülüb.  Məlumata görə, adıçəkilən şəxslər qanunsuz olaraq silah-sursat saxlamaq və gəzdirməkdə əsaslı şübhə ilə saxlanılıblar.

Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsində cinayət işi başlanıb.

Gülayə Mecid