Ermənistan Respublikası Parlamentinin sədri Alen Simonyan bütün ermənilərdən üzr istəyib. 

"Unikal" xəbər verir ki, Simonyan bu barədə "Facebook" hesabında yazıb. 

"Mənə ünvanlanan şəxsi təhqirə əsəbiləşdiyim üçün peşmanam. Əminəm ki, ləyaqəti olan istənilən erməni belə bir təhqirə dözməz, lakin seçilmiş məmurun üzərinə qoyulan yüksək məsuliyyət çəkindirici rol oynamalıdır. Bu həm də mənim üçün bir dərsdir. Bu hadisə ilə əlaqədar mən Ermənistan Respublikasının bütün vətəndaşlarından üzr istəmək istəyirəm", - parlament sədri qeyd edib.

Onu da deyək ki, aprel ayının 2-də müxalif EXC üzvü Karen Mkrtçyanla Simonyan arasında insident qeydə alınıb. Mkrtçyan canlı efirdə deyib ki, paytaxtın mərkəzində Milli Məclisin sədri Alen Simonyanı görüb və onu "satqın" adlandırıb. Bundan sonra spiker Mkrtçyanın üzünə tüpürüb. 

Ağazra Elçinoğlu