İsrail qırıcıları Livanın Tir şəhəri yaxınlığını bombardman edib. 

"Unikal" xəbər verir ki, bu barədə Əl-Mayadin telekanalı məlumat yayıb. 

"İsrail Livanın cənubunda Tir şəhəri yaxınlığındakı Klaila kəndinin ətrafını atəşə tutub", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, hazırda İsrail qırıcıları Livanın cənub bölgələri üzərində səmada hərəkət edir. 

İsrailin baş naziri Benyamin Netanyahu hərbi-siyasi kabinetin iclasını aprelin 6-da axşama təyin edib.

Onu da deyək ki, Livan ərazisindən İsrailin şimalındakı sərhəd qəsəbələrinə və şəhərlərinə 100-dən çox raket atılmışdı. 

Ağazra Elçinoğlu