Fransa prezidenti Emmanuel Makron Pekində bildirib ki, Çin Rusiya-Ukrayna müharibəsində nüvə silahından istifadə edilməməsi ilə razılaşır.

"Unikal" xəbər verir ki, Makron Çinin bu müharibəni bitirmək üçün səylərini istiqamətləndirmək məsələsini prezident Si Jinpinglə müzakirə edib.

“Bizim qitəmizdə bir ölkə digərinin ərazisini işğal edərsə, heç vaxt sabit və təhlükəsiz Avropa olmayacaq”, - Makron bildirib.

Xi Jinping bu gün Pekində Makrondan başqa Avropa Komissiyasının sədri Ursula fon der Leyenin də iştirak etdiyi üçtərəfli görüş keçirib.

Çin lideri etiraf edib ki, Rusiya-Ukrayna münaqişəsi həlli çətin olan çox mürəkkəb məsələdir.

O, həmçinin bildirib ki, “bunun üçün əlverişli şərait yarandıqda” Ukrayna prezidenti Volodimir Zelenski ilə danışmağa hazır olacaq.