Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 178 150 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 636 tank, 7 024 zirehli maşın, 2 740 artilleriya sistemi, 533 reaktiv yaylım atəşi sistemi, 282 hava hücumundan müdafiə sistemi, 307 təyyarə, 292 helikopter, 2 312 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 602 avtomobil texnikası və avtosistern, 309 xüsusi texnikadan ibarətdir.