ABŞ-ın Delaver ştatında "Kristiana" ticarət mərkəzində baş verən atışma nəticəsində 8 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, dünən yerli vaxtla saat 18:43 radələrində ticarət mərkəzinin yeməkxanasında baş verən silahlı hücumda 8 nəfər yaralanıb. Delaver əyalət polisindən verilən açıqlamada yaralılardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilib. Hücumdan sonra ticarət mərkəzi boşaldılıb. Hələlik heç bir şübhəli şəxs nəzarətə alınmayıb.