Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkonu dəfələrlə Kremldəki mənzilinə dəvət edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 24” telekanalının efirində bildirib. " "Bilmirəm bu barədə danışmaq olardı ya yox, amma artıq dedim".

Prezidentlər bu həftə Rusiya liderinin Kremldəki rəsmi mənzilində “ən qapalı mövzuları” müzakirə ediblər.