"Samsung" dedikdə ağlınıza smartfon, ya da "Ferrari" dedikdə ağlınıza yarış avtomobili gələ bilər. Ancaq dünyaca elə məşhur brendlər vardır ki, onlar ağlınıza gəlməyəcək məhsullar da istehsal edir.

"Unikal" dünyanın ən məşhur brendlərinin istehsal etdiyi maraqlı məhsulları təqdim edir:

1. "Colgate"

“Onlar da belə edirlər” deməyə vadar edən dünya brendlərinin maraqlı məhsulları!

Məşhur ağız sağlamlığı markası "Colgate" normal olaraq diş pastası istehsal edir. Bununla belə, "Colgate" 1960-cı illərdə tanınmazdan əvvəl qida sənayesinə daxil olub, lakin tez bir zamanda geri çəkilib. Əslində bəzi şirkət rəsmiləri belə bir məhsulun olmadığını iddia etsə də, bir dəfə dondurulmuş lazanya istehsal etdikləri sənədlərlə sübuta yetirilib.

2. McDonald's

“Onlar da belə edirlər” deməyə vadar edən dünya brendlərinin maraqlı məhsulları!

Hamburger şirkəti məhsulların adını daşıyan duş gelləri istehsal edir. "Big Mac" və "McFlurry" adlı duş gellərinin hələ də bazarda olub-olmadığı bilinmir.

3. Doritos

“Onlar da belə edirlər” deməyə vadar edən dünya brendlərinin maraqlı məhsulları!Doritos şampun istehsal edir.

4. Lamborghini

“Onlar da belə edirlər” deməyə vadar edən dünya brendlərinin maraqlı məhsulları!

Lüks avtomobillər istehsal edən Lamborghini bazara ilk girdiyi zaman traktor istehsal edirdi. Şirkət həmçinin qolf arabaları da istehsal edib. 

5. Ferrari

“Onlar da belə edirlər” deməyə vadar edən dünya brendlərinin maraqlı məhsulları!

Lüks avtomobilləri ilə tanıdığımız Ferrari, saç qurutma maşınları istehsal edir. Bundan əlavə, saç qurutma maşınının mühərriki Ferrari avtomobilləri ilə müqayisə edilib.

6. Mitsubishi

“Onlar da belə edirlər” deməyə vadar edən dünya brendlərinin maraqlı məhsulları!

Kondisionerləri və avtomobilləri ilə tanıdığımız Mitsubishi də qələm itiləyiciləri istehsal edir. Mitsubishi həmçinin maliyyə, bankçılıq, enerji, maşınqayırma, kimya və qida daxil olmaqla yeddi fərqli sektorda fəaliyyət göstərir.

7. Yamaha

“Onlar da belə edirlər” deməyə vadar edən dünya brendlərinin maraqlı məhsulları!

Motosiklləri və qayıqları ilə tanıdığımız Yamaha 1887-ci ildə Torakusu Yamaha adlı musiqiçi və sahibkar tərəfindən qurulub. Şirkətin təməli mühərriklərə deyil, əslində musiqi alətlərinə əsaslanır. Şirkət fleyta, skripka, saksafon, piano, klarnet, nağara, gitara, orqan kimi bir çox musiqi alətləri istehsal edir.

8. Casio

“Onlar da belə edirlər” deməyə vadar edən dünya brendlərinin maraqlı məhsulları!

Casio adətən saatlar və kalkulyatorlar istehsal edir. Bununla belə, şirkət klaviaturalı musiqi alətləri də istehsal edir. Casio-nun 1946-cı ildə istehsal etdiyi ən maraqlı məhsul üzük formalı siqaret tutacağıdır.

9. Toyota

“Onlar da belə edirlər” deməyə vadar edən dünya brendlərinin maraqlı məhsulları!

Digər maraqlı avtomobil markası Toyotadır. İkinci Dünya Müharibəsindən sonra tekstil sahəsində boşluq görən Toyota tikiş maşınları istehsal etməyə başlayıb. 

10. Samsung

“Onlar da belə edirlər” deməyə vadar edən dünya brendlərinin maraqlı məhsulları!

Ağıllı cihazlar istehsal edən “Samsung” da modaya əl atıb. Cənubi Koreyada hətta geyim mağazası var.

Hazırladı: Gülayə  Mecid