YAP icra katibi maaş və pensiyaların azlığından şikayətləndi


Əli Əhmədov: “Pensiya və maaşlar artırılmalıdır”

Unikal.org-un məlumatına görə, Milli Məclisin bugünkü iclasında çıxış edən YAP-ın İcra Katibi, deputat Əli Əhmədov hökumətin hesabatını məqbul sayıb. O bildirib ki, son zamanlar əhali arasında təbəqələşmə gedir Bu məsələdə problemlərin olduğunu deyən Ə. Əhmədov qeyd edib ki, xüsusi ilə büdcə təşkilatları adından maliyyələşən pensiyaçıların, müəllimlərin, həkimlərin, elm işçilərin maaşları artırılmalıdır.

Ə.Əhmədov regionların inkişafı ilə bağlı onu da bildirib ki, az təminatı insanların məvaciblərinin qaldırılması, onların həyat şəraitinin yaxşılaşdırılması vacibidir.

Eyni zamanda deputat Milli Məclisdə mərkəzdən regionlara dövlət tərəfindən pul ayrılmasının dayandırılması təklif edib. O, qeyd edib ki, Azərbaycanda regionlar artıq dotasiya prinsipi ilə deyil, öz hesablarına yaşamalıdırlar. Ə. Əhmədovun sözlərinə görə, regionların iqtisadi inkişafı sürətlənib və ona görə də bu dotasiya idarəçiliyi prinsipindən imtina edərək, regionların öz hesabına yaşaması prinsipinə keçmək lazımdır.

Ə. Əhmədov hökumətdən növbəti illərdə bunu nəzərə almağı xahiş edib.