ARDNŞ-in 1000-dən çox işçisi üsyana qalxdı; fəhlələlər zavodu tərk edərək, Bakı-Ələt yolunu bağlayıb - YENİLƏNİB

Neftçilərin hüquqlarını müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının Musavat.com-a verdiyi məlumata görə, etirazçı fəhlələr zavod ərazisini tərk edirlər. Onların Ələt-Bakı magistralını bağlayacağı gözlənilir. Mirvari Qəhrəmanlı deyir ki, fəhlələrin etirazının zavoddan kənara çıxmasının səbəbi rəhbərliyin onlarla danışığa getməməsidir.

Mirvari Qəhrəmanlı deyir ki, zavodda bütün sexlər dayanıb. Onun sözlərinə görə, hər şey "Boss şelf" şirkətinin Dərin Özüllər Zavodu ilə birləşdirilməsindən sonra başlayıb: "İndi əsas etiraz edənlər qaynaqçılardır. Deyirlər ki, maaşlarımız azdır - saatı 6 dollar. Aldıqları maaş işlədikləri saatlardan və ay ərzində neçə bayram gününün olmasından asılır. Qeyd edim ki, ən çox maaş alanlar məhz qaynaqçılardır. Digər sahələrdə işləyənlər daha az maaş alırlar. Fəhlələr tibbi sığorta olunmayıblar. Bu isə qanun pozuntusudur. Bundan başqa, onlar əmək şəraitinin standartlara cavab vermədiyini bildirirlər".



**

ARDNŞ-ə məxsus «Bos Shelf» şirkətinin işçiləri etiraz aksiyası keçirirlər.

Bu barədə APA-ya Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, «Bos Shelf» şirkətinin 1000-dən çox işçisi əmək haqlarının azlığına etiraz olaraq tətil elan ediblər: “Mənə bu barədə şirkətin işçiləri məlumat veriblər. Onlar həmçinin tibbi sığorta tələb edirlər. Tələbləri yerinə yetirilməyincə onlar tətili dayandırmayacaqlar”.

ARDNŞ-in