Türkiyənin Şanlıurfa bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Yük maşını ilə TIR-ın toqquşması nəticəsində 6 nəfər ölüb.

"Unikal" xəbər verir ki, qəza Şanlıurfa-Qaziantep yolunun 23-cü kilometrliyində baş verib. Qəzada hər iki nəqliyyat vasitəsi dərəyə aşıb.

Hadisə yerinə çoxlu sayda polis, səhiyyə və yanğınsöndürmə briqadası göndərilib. Qruplar 6 nəfərin hadisə yerində öldüyünü müəyyən edib.