Pakistanın sabiq Baş naziri İmran Xan İslamabadda, ali məhkəmə binasının qarşısında həbs edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, korrupsiya ittihamları ilə bağlı məhkəmə iclasında iştirak etmək üçün binaya gələn İmran Xan silahlı polislər tərəfindən saxlanılıb. Həbs edilməsindən sonra İmran Xanın lideri olduğu Təhrik-i-İnsaf partiyası tərəfdarlarını etiraz etməyə çağırıb. 

Hazırda Pakistanın bir sıra bölgələrində etirazların şiddətləndiyi bildirilir. 

70 yaşlı İmran Xan ona qarşı irəli sürülmüş ittihamların siyasi motivli olduğunu, heç bir qanunu pozmadığını bəyan edib.

***13:47

Pakistanın keçmiş Baş naziri İmran Xan həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə Pakistanın “Geo TV” telekanalı məlumat yayıb.

Onun həbs olunmasının səbəbi hələ açıqlanmayıb.

Qeyd edək ki, keçmiş Baş nazir daha əvvəl terrorçuluqda ittiham olunub.