Ötən ilin fevral-mart aylarında Ukraynanın Vışqorod vilayətindəki Kiyev su anbarının sahilində vurulan Rusiyaya məxsus Mi-24 helikopterinin qalıqları tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə vilayət rəhbəri Andrey Nebytov məlumat verib. 

Onun sözlərinə görə, helikopterlə birlikdə onu idarə edən pilotun qalıqları da üzə çıxıb. Cəsədin baş leytenant Roman Mankişevə məxsus olduğu məlum olub. 

Pilotun qalıqları Kiyev su elektrik stansiyasının işçiləri tərəfindən tapılıb. 

Ağarza Elçinoğlu