İkinci Dünya Müharibəsində faşist Almaniyasına qarşı qazandığı müharibəni hər il təntənə ilə qeyd edən Rusiya bu il Qırmızı Meydana sadəcə bir ədəd tank çıxarıb. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsindən bildirilib ki, paradda sadəcə bir ədəd sovet tankının olması simvolikdir. 

Qeyd edək ki, hər il onlarla döyüş təyyarəsinin səmada gücünü göstərdiyi Moskvada bu il Rusiya reaktivləri səhnəyə çıxarmayıb. Paradda yalnız bir T-34-85 tankı iştirak edib. 

Ukrayna tərəfinin məlumatına görə, bu günə qədər 3700-dən çox Rusiya tankı məhv edilib.

Qızıl Meydanda tribunaya çıxan Rusiya lideri Vladimir Putin hazırda əsl müharibənin getdiyini bildirib və Rusiyanın suverenliyini müdafiə etdiyini deyib.

O, əsgərlərə "Hamı sizin üçün dua edir" deyərək müraciət edib və Ukrayna hökumətini bir daha nasistlərə bənzədib.

Ağarza Elçinoğlu