"Suriyada Türkiyə, Rusiya, Suriya və İranın iştirakı ilə hərbi koordinasiya mərkəzi yaradılacaq".

"Unikal" xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. Akar həmçinin qeyd edib ki, Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri mayın 10-u və 11-də taxıl ixracı sazişinin uzadılması məsələsini müzakirə edəcəklər.

Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Rusiya, Türkiyə, İran və Suriya XİN rəhbərlərinin dördtərəfli görüşünün olacağı ilə bağlı məlumat verib.