Yaponiya və Avstraliyaya səfəri çərçivəsində Papua Yeni Qvineyaya səfər etməyi planlaşdıran ABŞ prezidenti Co Bayden ölkəyə səfər edən ilk ABŞ prezidenti olacaq.

"Unikal" xəbər verir ki, Ağ Evdən verilən açıqlamada, Baydenin 19-21 may tarixlərində Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 Liderlər Zirvəsi, ardınca 24 Mayda Avstraliyanın Sidney şəhərində keçiriləcək Dördtərəfli Təhlükəsizlik Dialoqu (SDF) ittifaqı, Yaponiya , ABŞ, Avstraliya və Hindistanın yaratdığı QUAD Liderlər Sammitində iştirak edəcəyi bildirilib.

Açıqlamada Baydenin Avstraliyaya keçərkən Papua Yeni Qvineyada dayanacağı, Baydenin Papua Yeni Qvineyanın baş naziri Marape və digər Sakit Okean Adaları Forumu liderləri ilə görüşəcəyi bildirilib. Liderlər iqlim dəyişikliyi ilə mübarizə, dəniz ehtiyatlarının qorunması, davamlı və inklüziv iqtisadi artımın inkişafı, region və Birləşmiş Ştatlar üçün vacib olan çağırışlar üzrə əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə edəcəklər.

ABŞ-ın Sakit okean ölkəsi olaraq Sakit Okean adaları ilə dərin tarixi və xalqlararası əlaqələri olduğuna diqqət çəkərək, qeyd olunub ki, Bayden bu səfərlə Papua Yeni Qvineyaya səfər edən ilk ABŞ prezidenti olacaq.