Türkiyədə CHP gənclik qolu üzvləri Qaziantepdə AK Partiya üzvlərinə hücum edib.

"Unikal" xəbər verir ki, 4 nəfərin yaralandığı hücum zamanı tapança ilə atəş açan CHP millət vəkili Ersin Atar nəzarətə götürülüb.

Şehitkamil rayonu Fevzi Çakmak bulvarında Sanko TM-nin yanında siyasi partiyaların seçki kampaniyaları zamanı AK Partiya ilə CHP üzvləri arasında mübahisə düşüb. Mübahisə böyüyüb. Tərəflər daş və çubuqlarla bir-birinə hücum edib. Hadisə zamanı CHP Şehitkamil rayonundan olan millət vəkili Ersin Atar  silahla havaya atəş açıb. Bundan sonra  Atar polis tərəfindənsaxlanılıb.