Rusiyanın Sankt-Peterburq şəhərində 40 yaşlı Ermənistan vətəndaşı supermarketə silahlı hücum edib. 

"Unikal" xəbər verir ki, hadisə “Pyateroçka”adlı supermarketdə qeydə alınıb.

KİV-in məlumatına görə, kişi bıçaq və pnevmatik tapança ilə mağazaya soxulub.

Alıcılardan biri xəsarət alıb. Onun hazırkı vəziyyəti ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Cinayətkar qaçsa da, tezliklə tutulub.