Britaniyada aptek əczaçılarına xəstəlikləri olan müştərilərə dərman preparatları yazmaq hüququ veriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib.

Onun sözlərinə görə, bu qərar dövlət klinikalarında ümumi praktikantlar üçün gözləmə siyahılarını azaltmağa kömək edəcək.

Əczaçılar boğaz və ya qulaq ağrısı, sidik yollarının iltihabı, eləcə də şikayətləri olan şəxslərə resept yaza biləcəklər.

Yeni qaydalar cari ilin sonunda qüvvəyə minəcək. Dəyişiklik üçün hökumət 645 milyon funt sterlinq ayırmaq niyyətindədir.