Türkiyənin Manisa şəhərinin Soma rayonunda yerüstü mədənin çökməsi nəticəsində bir nəfər ölüb. 

"Unikal" xəbər verir ki, yerin altında qalan Mehmet Şeren, Mehmet Arslan və Onur Topbaş  xilas edilərək Soma Dövlət Xəstəxanasında müalicə altına alınıb.

23:42

Türkiyənin Manisa şəhərinin Soma rayonunda yerləşən kömür mədənində çökmə baş verib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəsarət alan 5 işçidən 3-nün səhhətinin yaxşı, 2-nin vəziyyətinin ağır olduğu deyilir.

Hadisə yerli vaxtla saat 21 radələrində Darkale bölgəsində yerüstü mədəndə qeydə alınıb.

Bölgəyə çoxlu sayda xilasedici və təcili yardım briqadaları gəlib.