Rusiyanın Kursk vilayətində pilotsuz təyyarə vurulub.

"Unikal" xəbər verir  ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb. PUA-nın qalıqlarının Tolmaçevo kəndində fərdi evin üzərinə düşdüyü bildirilir. Hadisə nəticəsində tələfat olmayıb.

Daha bir pilotsuz təyyarə Belqorod vilayətinin Olxovatka kəndində partlayıb. Partlayış nəticəsində iki ev, bir kitabxana, bir poçt şöbəsi və bir avtomobilə ziyan dəyib.