ABŞ Ukrayna tərəfinin hipersəs sürətlə uçan Rusiyaya məxsus "Xəncər" raketinin Patriot zenit-raket kompleksi tərəfindən vurulması ilə bağlı iddianı təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder bildirib. 

"Mən təsdiq edə bilərəm ki, onlar "Patriot" raketdən müdafiə sistemindən istifadə edərək Rusiya raketini vurublar. Bildiyiniz kimi, bu sistem ABŞ və beynəlxalq ictimaiyyətin malik olduğu daha geniş hava hücumundan müdafiə imkanlarının bir hissəsidir. Ukraynaya təqdim edilib", - Rayder deyib. 

O, əlavə edib ki, ABŞ və tərəfdaşları Ukraynaya suveren səmalarına nəzarət etmək və vətəndaşlarını Rusiyadan qorumaq üçün yerüstü hava hücumundan müdafiə vasitələri və hərbi sursatları sürətlə təmin etməyə davam edəcəklər. 

Ağarza Elçinoğlu