"Rusiyada demək olar ki, ən vacib sayılan bayram bu il tamamilə biabırçı şəkildə keçirilib".

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş agenti Sergey Jirnov "Kanal 24"ə müsahibəsində deyib. 

Onun sözlərinə görə,  9 May paradındakı siyasətçilərin əhval-ruhiyyəsindən tutmuş köhnə texnikaya və saxta veteranlara qədər Rusiyanın bir il ərzində hədsiz dərəcədə zəiflədiyi və bunu artıq gizlətməyin mümkün olmadığı göstərdi. 

"Belə zəiflik nümayişi indiyədək görülməmişdi. Əvvəlcə Putin qısa, sadə çıxış etdi. İkincisi hərbi paradda maraqlı texnika yox idi”, - Jirnov şərh edib.

Ekspertin sözlərinə görə, elə illər olub ki, Qızıl Meydandan 10 Armata tankı, çoxlu müxtəlif texnika və s. nümayiş olunub.

Gülayə Mecid