Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya rəhbəri Vladimir Putinin nüvə silahından istifadə etməsinə şübhə ilə yanaşır. Lakin bu baş verərsə, növbəti gün Putin artıq olmayacaq.

"Unikal" xəbər verir ki, o, bu barədə İtaliya KİV-nə müsahibəsində bildirib.

“Mənə aydın olan odur ki, əgər Putin nüvə silahından istifadə etmək qərarına gəlsə, mən inanıram ki, o, növbəti gün orada olmayacaq”, - Zelenski bildirib.

Onun sözlərinə görə,  Putin nüvə silahından istifadə etməyəcək, lakin Rusiya liderinin məqsədinin nə olduğunu heç kim dəqiq bilmir.

Gülayə Mecid