Türkiyənin Rza və Trabzon şəhərlərində iki nəfər seçki məntəqəsində ürək tutmasından dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə TRT Haber telekanalı məlumat yayıb. 

Telekanalın məlumatına görə, ölənlərdən biri seçki komissiyasının əməkdaşıdır. O, vəzifə yerinə yetirərkən infarkt keçirib. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları kişini xəstəxanaya çatdırsalar da, onu xilas edə bilməyiblər.

Dünyasını dəyişən digər türk vətəndaşı isə Trabzon şəhərində qohumları ilə seçki məntəqəsinə gələn 75 yaşlı qadın olub. O,  ürək tutmasından dünyasını dəyişib. Onu  xilasetmək mümkün olmayıb. 

12:35

Türkiyədə prezident və parlament seçkiləri davam edir. 

"Unikal" xəbər verir ki, Trabzonda seçki məntəqəsinə gedən 75 yaşlı şəxs səs verərkən infarkt keçirib. 

Ürəyi dayanan qadın seçki kabinəsində dünyasını dəyişib. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu