"Məndə olan məlumata görə səsvermə prosesi problemsiz davam edir".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də İstanbuldakı Saffet Çebi adına məktəbdə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ən vacib məsələlərdən biri də zəlzələ baş vermiş bölgələrdə səsvermə prosesinin problemsiz keçirilməsidir: "Vətəndaşlarımızın səs verməsi Türkiyə demokratiyası üçün çox mühümdür".

R.T.Ərdoğan söyləyib ki, seçkilərin nəticəsini İstanbuldan izləyəcək.