“Vətəndaşların səsvermə prosesindəki fəallığı və “Cümhur İttifaqı”na dəstək vermələri seçkilərin nəticəsinin necə olacağına bir işarədir”.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xəzinə və maliyyə naziri Nureddin Nebati Mərsin şəhərində seçkilərdə iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, indiyədək davam edən seçki kampaniyası uğurlu olub. “Seçki kampaniyasını problemsiz başa çatdırdıq. Nəticələri birlikdə görəcəyik”, - nazir söyləyib.