Əfqanıstanın qərbində ibtidai dini qız məktəbdə təhsil alan 40 şagird içməli sudan zəhərlənib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, zərərçəkən qızlar xəstəxanaya yerləşdirilib. 

Səlahiyyətlilər hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Bu hadisə Əfqanıstanda məktəbli qızların kütləvi zəhərlənməsi ilə bağlı ilk hadisə deyil. Belə ki, iyunun 4-də 77 qız şagirdi də naməlum maddədən zəhərlənmişdi. 

Gülayə Mecid