Salvador sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Çirilaqua şəhərindən 51 kilometr cənub-şərqdə yerləşir. Zəlzələnin ocağı 53 kilometr dərinlikdədir.

Sunami təhlükəsi elan edilməyib.