ABŞ Prezidenti Co Bayden Roma Papasının Ukrayna müharibəsinin nizamlanması üzrə elçisi kardinal Matteo Zuppi ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Kiyevə humanitar yardımın göstərilməsi, ukraynalı uşaqların repatriasiyası mövzusunda müzakirə aparıblar.

Daha əvvəl Matteo Zuppi Kiyevdə olub, sonra Moskvaya gedib, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə, habelə Rusiya Federasiyası Prezidentinin müşabiri Yuri Uşakovla görüşüb.