Krımda silah-sursat anbarında baş verən güclü partlayışlar Ukrayna hərbçilərinin və xüsusi xidmət orqanlarının əməliyyatının nəticəsidir.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov açıqlayıb. 

"İşğal olunmuş Krımda uğurlu əməliyyat keçirilib, düşmən dəymiş ziyanın həcmini və itkilərin sayını gizlədir", - deyə Budanov bildirib. 

Qeyd edək ki, artıq poliqon yaxınlığındakı 4 kənd boşaldılıb. 

***09:17

Rusiyanın nəzarətində olan Krım yarımadasının Kirovski rayonunda yerləşən poliqonda yanğın baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanğın güclü partlayışlara səbəb olub. 

Poliqonun yaxınlığında yerləşən zonadan dörd yaşayış məntəqəsinin (2000 nəfərdən çox) sakinləri təxliyə olunmağa başlayıb. 

Yanğın və partlayışların davam etdiyi bildirilir. 

Ağarza Elçinoğlu