Çanaqqalada iyulun 16-da başlayan meşə yanğını dünən gecə saatlarında nəzarət altına alınıb. 

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın nəzarət altına alındıqdan sonra səlahiyyətlilər dəymiş ziyanın müəyyənləşdirilməsinə başlayıb. 

PUA-lar vasitəsilə havadan yanan ərazilərin fotoları çəkilib. 52 saat sonra söndürülən yanğından geriyə boz ərazilər qalıb. 

Nuranə Abbasova