Müqəddəs Kəbənin örtüyü dəyişdirilib.

“Unikal” SPA agentliyinə istinadən xəbər verir ki, örtüyün dəyişdirilməsi prosesinə Kəbənin imamı Sudeysi rəhbərlik edib. 

Ümumilikdə 45 parçadan ibarət olan Kəbə örtüyü 850 kiloqram xalis ipək parça üzərində 120 kiloqram qızıl və motiv və xətlər üçün 100 kiloqram gümüşdən ibarətdir.
Ənənəvi olaraq, Kəbənin örtüyü hər hicri ilinin birinci, Məhrrəm ayının ilk günü dəyişdirilir.

Kəbənin örtüyü Məkkədəki Kral Əbdüləziz Kəbə Örtük Kompleksində 200 mütəxəssis tərəfindən hazırlanır.

Nuranə Abbasova