Moskvada mədəniyyət və istirahət parkları, eləcə də paytaxtın zooparkı müvəqqəti bağlanıb.

"Unikal" xəbər verir ki, buna səbəb paytaxtda yağan leysan və güclü külək olub. 

İyulun 18-də günortadan sonra şəhər və Moskva vilayətində tufanla müşayiət olunan güclü leysan başlyıb. Nəticədə paytaxtın mərkəzi, qərb, cənub və şərq rayonlarını sel basıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar paytaxtda 60-a yaxın ağac aşıb, 50-dən çox avtomobilə ziyan dəyib.

Ağarza Elçinoğlu