Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq.

"Unikal" xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Peter Stano deyib. 

Onun sözlərinə görə, Aİ-yə üzvlük prosesi illərlə davam edir.

Stano həmçinin bildirib ki, Avropa İttifaqı Türkiyəyə vizasız rejim verməyə hələ hazır deyil. 

Qeyd edək ki, Türkiyə Aİ-yə üzvlüyü qarşılığında İsveçin NATO-ya qoşalmasına razı olacağını açıqlamışdı. 

Əlavə edək ki, Türkiyə 1964-cü ildən Avropa Birliyinin assosiativ üzvüdür. Ölkə 1987-ci il aprelin 14-də üzvlük üçün rəsmi müraciət edib. Üzvlük danışıqları isə 2005-ci ildə başlayıb.

Ağarza Elçinoğlu