1990-cı illərdə xüsusi olaraq şirkət işçiləri üçün hazırlanmış nadir “Apple Computer Omega Sports” idman ayaqqabısı hərraca çıxarılıb. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, lotun başlanğıc qiyməti 50 min dollardır.

“Omega Sports” idman ayaqqabıları 1990-cı illərin ortalarında “Apple” korporativ geyimlərinin bir hissəsi olub. 30 ildən sonra satışa çıxan ayaqqabılar sahibinə hədiyyə edilib və o, hərraca çıxarmaq qərarına gəlib.

İdman ayaqqabıları ağ rəngdədir. Ayaqqabıda xırda istifadə izləri olsa da, yaxşı vəziyyətdədir. 

Nuranə Abbasova