Əli Əliyev: "Mən Azərbaycanda inqilabın əleyhinəyəm"
Əli Əliyev: "Mən Azərbaycanda inqilabın əleyhinəyəm"

"Azərbaycan cəmiyyəti və vətəndan qurumları hakimiyyətin bütün sahələr üzrə apardığı siyasətdən xeyli narazıdır"

Son zamanlar ölkə mətbuatında ölkədə yaranmış ağır sosial durumla bağlı müxtəlif təhlillər və proqnozlar yer almaqdadır. Bu proqnozlar sırasında arada "idxal məhsulları"na da rast gəlinir. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə bu günki söhbətimiz bu barədə olacaq.

-Əli bəy, Quba hadisələrindən sonra ölkənin ayrı-ayrı bölgələrində - Saatlıda, Sabirabadda, Bakının qəsəbələrində hansısa sosial problemlə bağlı zaman-zaman etiraz dalğaları baş qaldırır. Və artıq bu gün (dünən-red.) xəbər gəlib ki, Gəncə şəhərində silahlı qruplaşmalarla dövlət qurumları arasında silahlı toqquşma baş verib, ölənlər və yarlananlıar var. Bütün bunlar nəyin əlamətidir?
-Quba hadisələri bir sistematik təzahür idi. Bu günki Azərbaycan cəmiyyətində sosial gərginliyin olması hamıya məlumdur. Biz bir müxalifət qurumu olaraq ölkədəki proseslərin bu həddə gətirib çıxaracağını vaxtında bildirmişdik. Sadaladığınız silsilə hadisələr hələ ki arzuolunmaz hadisələrin inkişaf ssenarisi deyil. Ancaq bu bir faktdır ki, Azərbaycan cəmiyyəti və vətəndan qurumları hakimiyyətin bütün sahələr üzrə apardığı siyasətdən xeyli narazıdır. Bu baxımdan da ölkədə narazılıq ocaqlarının ara-sıra alovlanması təbiidir.
-Necə bilirsiniz, ölkədəki sosial problemlər və cəmiyyətin artmaqda olan müqaviməti fonunda Azərbaycan hakimiyyətinin problemləri həll etmək yönündə qəbul etdiyi qərarlar və atdığı addımlar adekvat təsir bağışlayırmı?
-Təbii ki, hakimiyyət bu cür hadisələrin meydana çıxmasında maraqlı olmamalıdır. Amma təəsüflər olsun ki, hakimiyyət hələ ki bu hadisələri görməməzliyə vurur. Sanki ölkədə hər şey öz qaydasındadır və onun monopoliyasında olan telekanallar da cəmiyyəti əyləndirməklə məşğuıldur. Amma sehrli telequtudan fərqli olaraq ölkədəki reallıq tamamilə başqa mətləblərdən və mümkün siyasi-sosial tendensiyalardan xəbər verir. Ölkənin indiki iqtisadi durmu ölkə vətəndaşının normal yaşamasına kifayət etmir. Mən söhbəti konkretləşdirmək istəmirəm, ancaq bunu deyə bilərəm ki, hakimiyyət köhnə üsullardan əl çəkib siyasi idarəçilik üsullarını başdan-ayağa dəyişdirməlidir. Əks-təqdirdə ortalığa çixacaq nəticələr hakimiyyətin özü üçün arzuolunmaz olacaq. Hakimiyyət bu narazlıq dalğalarını nə qədər görməzliyə vursa da, cəmiyyətin təzyiqləri altında öz daxili siyasi kursunda korrektələr etməli olacaq.
-Sözünüzdən beləç çıxır ki, cəmiyyətdə artan xətt üzrə müqavimət əhvali-ruhiyyəsi güclənməkdədir. Hakimiyyət isə cəmiyyəti narazı salan problemləri həll etmək istəmir və ya bunu etməyə gücü çatmır, yəni vərdiş etdiyi idasrəçilik üsullartı ilə ölkəni, cəmiyyəti yönəldə bilmir. Qalır üçünücü qüvvə - müxalifət. Müxalifət düşərgəsində durum necədir? Müxalifət indiki durumda önə düşüb cəmiyyəti arxasınca aparmağa hazırdırmı?
-"Azərbaycan müxalifəti" ifadəsi son dərəcə yayğın və qeyri-dəqiq məfhumdur. Çünki bu düşərgəyə nə müxtəlif maraqlara malik olan partiyalar qatılıb və onlar da müxtəlif siyasi birliklərdə və hərəkatlarda cəmləşiblər. Mən hesab edirəm ki, müxalifətin təşkilatlanma səviyyəsi və taktiki davranışı Azərbaycandakı sosial və siyasi problemlərin artmaqda olan çəkisinə, gərginliyinə uyğun deyil. Hazırda Azərbaycanın müxtəlif bölgələrində etiraz aksiyaları baş qaldırmaqdadır, amma təəsüflər ki, müxalifət təşkilatlanıb bu aksdiyaların aparıcı və təşkiledici strukturuna çevrilə bilmir, bu etiraz aksiyalarını siyasi məcraya yönəldə bilmir. Bu məqamda istər-istəməz Azərbaycan cəmiyyətinin özünün də passivliyini qeyd etməliyik. Guya ki, ayrı-ayrı regionlar öz problemlərini özləri həll etməlidir. Bu cür yanaşma həm bütövlükdə cəmiyyətin, həm də siyasi təşkilatların ciddi yanlışlığıdır. Çünki təşkilatlanmamış cəmiyyət sistemli mübarizə apara bilməz və gec-tez məğlub olmalıdır. Bu mənada müxalifət cəmiyyətin tələblərini və tempimi və əhvali-ruhiyyəsini dəqiq təyin edib ona uyğun davranmalı, öz işində, təşkilatlanmasında korrektələr etməlidir. Amma cəmiyyətdə məsəlnin kökünü və törənmə səbəblərini düzgün qiymətləndirməlıidir. Cəmiyyət bilməlidir ki, bu gün onu narahat edən məsələ və problemlər hansısa məmurun və ya icra başçısının keyfiyyətsizliyindən deyil, indiki hakimiyyətin siyasi kursundan qaynaqlanır. Ona görə də ölkənin istənilən bölgəsindəki problem ümumölkə miqyasında dəyərləndirilməli və onun siyasi həlli istiqamətində addımlar atılmalıdır. Regionun probleminə regionçu gözü ilə deyil, yetkin siyasi baxışla yanaşılmalıdır.
-Avronest PA-nın prezidenti Vigenin Kristian bu günlərdə Milli Məclisdəki çıxışında bəyan etdi ki, "Bakı inqilab üçün gözəl məkandır". Siz bir müxalifət lideri kimi belə düşünürsünüzmü?
-Mən əslində Azərbaycanda inqilabların baş verməsinin əleyhinə olan bir adamam. Çünki inqilablar ancaq fırıldaqçıların bəhrələnməyi üçün münbit şərait yaradır. Dönün, tarixə baxın, bütün zamanlarda və bütün ölkələrdə həmişə belə olub. Xalqı qızışdırb ortalığa salıblar, amma axırda xalq əliboş qalıb. Ona görə də Azərbaycanda inqilabların baş verməsini arzulamıram. Həm də nəzər almaq lazımdır ki, gənc Azərbaycan Respublikası dövlətçilik baxımından çox da möhkəm özüllər üzrəində dura bilməyib, dövlət institutları hələ möhkəmlənməyib, vətəndaşlarla dövlət qurumları arasında ciddi bir yadlıq var. Azərbaycan vətəndaşının dövlətə etimadı o qədər də yüksək səviyyədə deyil. Üstəgəl, Şimali Azərbaycan Respublikası Cənubi Azərbaycandakı 50 milyondan artıq soydaşlarımız üçün bir istinad mənbəyidir. Ona görə də bu dövləti qoruyub saxlamalıyıq və onu inqilablarla imtahana çəkmək olmaz. Ancaq bu inqilabların baş verməməsi üçün də bütün tərəfələr öz məsuliyyətlərini dərk etməli və buna uyğun addımlar atmalıdırlar. İlk növbədə hakimiyyətdə oturanlar sosial vəziyyətin gərginılşməməsi üçün müvafiq tədbirlər görməlidir və cəhd eetməlidir ki, ölkəni təlatümlərə qərq edəcək olaylar baş verməsin. Bununla belə, Azərbaycan iqtidarı öz siyasətini bu qayda ilə davam etdirsə, cəmiyyətin narazılıqlarını qulaqardına vursa, müxalifəti görməməzliyə qoysa, təbii ki, Azərbaycanda da, xüsusən də onun sosial problemlərin altında boğulan bölgələrində sosial partlayışların baş verməsi tam realdır və yuxarıda xatırlatdığınız ifadənin Avropanın yüksək səviyyəli məmurunun ağzından çıxması da təsadüfi deyil.
-Deməli, "Aşağılar indiki qanunlarla yaşamaq istəmir və yuxarılar da mövcud qanunlarla ölkəni idarə edə bilmir"?
-Mən Sizə bir şey deyim. Dediyiniz düstur məşhur inqilabçı Ulyanovun düsturudur. Onu da deyim ki, müasir dünyada bu formul bir qədər dəyişikliyə məruz qalıb. Cəmiyyətdəki zümrələr indi inqilabları öz maraqlatrına uyğun şəkildə yönəltməyi asanlıqla bacarırlar. Beynəlxalq güclər də inqilablara ikili standartlarla yanşırlar. Konkret olaraq Azərbaycan gəlincə, aşağılar indiki şəraitdə yaşamaq istəmir, amma bunun üçün kifayət qədər siyasiləşməyib və optimal çıxış yolu görmür. Yuxarılarda da kifayət qədər problemli durum var. Belə ki, hökumət ölkəni əvvəlki kimi idarə edə bilməsə də, hələlik sitiasiyanı nəzarətdə saxlaya bilir. Bunun üçün dövlətin əlində müəyyən rıçaqlar var. Bura birinci növbədə güc qurumları və maliyyə imkanları aiddir. Administrativ resurslar da bu balansı saxlamaqda rol oynayır. Amma yenə də ölkədə problemlər çoxdur. Heydər Əliyevin dönəmindən fərqli olaraq ölkədə xaotik idarəçilik formalaşıb. Belə ki, ölkənin müxtəlif bölgələri müxtəlif maqnatların nüfuz dairəsinə verilib və neft pullarının bölüşdürülməsi uğrunda gedən intriqalar bu hərc-mərcliyi daha da kəskinləşdirir. Amma inzibati şəkildə mərkəzləşdirilmə bu anarxiyanını bir qədər zəiflədir. Ona görə də siyasətlə məşğul olan bir şəxs kimi yaxın perspektivdə Azərbaycanda inqilab olacağını gözləmirəm.
-İctimai Palata aprelin 8-də mitinq keçirməyə hazırlaşır. 8 aprel ümidləri doğruldacaqmı?
-Bu da bir mübarizə formasıdır. Tədbirin cəmiyyətin gözləntilərinə cavab verib-verməyəcəyi barədə konkret bir fikir söyləyə bilmərəm. Ancaq hər bir halda mitinqin təşkilatçılarına uğurlar arzulayıram. Bununla belə yenə də fikrimdə qalıram ki, Azərbaycan müxalifətinin hazırda olduqca ciddi problemləri var və əsas enerji bu problemlərin həllinə yönəldilməlidir. Aydın ataktikaya və güclü təşklatlanmaya malik olmadan irimiqyaslı aksiyalar iddiasında olmaq həmişə məğlubiyyətlər gətirib və Azərbaycan müxalifətinin son 20 illik tarixi bun ən əyani sübutdur.

Söhbətləşdi:
Savalan