Bakıda 15 yaşlı uşaqlar bıçaqlaşdılar


Bakının mərkəzində bıçaqlanma hadisəsi baş verib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xəqani parkında qeydə alınıb.

Orta məktəb şagirdi, 15 yaşlı Alim Mahmudov həmyaşıdı Nazim Bəkirovu bıçaqlayıb.

Bıçaq xəsarətləri alan N. Bəkirov ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.