Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (21.08.2023-27.08.2023) 111 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 832 132 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 773 nəfər müalicə olunaraq sağalıb, 10 300 nəfər vəfat edib, aktiv xəstə sayı 109 nəfərdir.

Ölkədə son həftə ərzində 3 386, hazırkı dövrədək isə 7 671 823 test aparılıb.

Həmçinin, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 386, bu günə qədər isə ümumilikdə 7 671 823 test icra olunub.

Eyni zamanda ölkədə son həftə ərzində 70 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 968 927 olub.