Məktəbli dayısının maşınında öldü
Məktəbli dayısının maşınında öldü

Ötən gün ölkədə baş verən 14 yol qəzasında 3 nəfər ölüb, 18 nəfər xəsarət alıb

Öz dayısının maşını ilə Biləsuvardan Lerik rayonuna qayıdan 8-ci sinif şagirdi, 15 yaşlı Lerik rayon Şivlə kənd sakini Muradov Ərzuman İlqar oğlu dünyasını dəyişib. Qəza Biləsuvar stansiya - Mingəçevir yolunun 2-ci kilometrliyində Biləsuvar rayonu ərazisində baş verib.
50 yaşlı Biləsuvar sakini Kamal Nəsiyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Biləsuvar istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı yaralanan sürücü Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Ötən gün isə ölkədə 4 yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən aldığımız məlumata görə, ötən gün respublikada baş verən 14 yol qəzasında 3 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Ölümlə nəticələnən yol qəzalarından biri Bakı şəhərində qeydə alınıb. Bakının Xəzər rayonunda elektrovozla "VAZ -21011" markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Ölümlə nəticələnən digər yol qəzaları isə Biləsuvar və Hacıqabul rayonlarında olub.