Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyində təyinat olub. Mərkəzin icraçı direktoru vəzifəsinə azərbaycanlı alim Asiman Həsənov təyin edilib.

"Unikal" xəbər verir ki, Asiman Həsənov Azərbaycanda səhiyyənin idarə edilməsi və xəstəxanaların qurulması təşəbbüslərindəki mühüm rolu ilə geniş şəkildə tanınır. O, səhiyyə sektorunda bir sıra əsas vəzifələrdə çalışıb: Avrasiya Klinkası (2006–2010), Medical Plaza (2010–2013) və ATU-nun Tədris Cərrahiyyə Klinikasının (2013–2016) baş həkimi olmuşdur.

2016-2017-ci illərdə Grand Hospitalda direktor, 2017-2019-cu illərdə isə Avrasiya Hospitalda İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

Həsənovun diqqətəlayiq nailiyyətlərindən biri də qabaqcıl tibbi texnologiyaların Azərbaycanın səhiyyə sistemlərinə inteqrasiyası olub. Onun tədqiqat fəaliyyəti qabaqcıl tibbi texnologiyaların və rəqəmsal sağlamlıq həllərinin işlənib hazırlanması və tətbiqinə qədər uzanır.