"Ukrayna iqtisadiyyatı tamamilə dağılıb və məhv olub". 

"Unikal" TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. 

Putin həmçinin, bildirib ki, Rusiya Ukraynadakı münaqişəni bitirmək istəyir: 

"Qərb əsrlər boyu Rusiya ilə məşğul olmaq vəzifəsini qarşısına qoyub, lakin biz, deyəsən, onlarla daha tez məşğul olacağıq. Biz də münaqişəyə son qoymaq istəyirik, ancaq öz şərtlərimizlə..."