Xaçmaz şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın məlumatına görə, hadisə şəhərin mərkəzində "Nabran market"in qarşısında qeydə alınıb.

Belə ki, "Mercedes-Sprinter" markalı minik avtomobili yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Həsənov Kamran Pənah oğlunu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xanlar Qaraca