Göygöldə 1 nəfərin ölümü və 5 nəfərin xəsarət alması ilə nəticələn ağır yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hətəkətdə olan "Mercedes Vito" markalı mirkoavtobusla "QAZ " markalı yük maşını toqquşub. Qəza nəticəsində 1981-ci il təvəllüdlü Duman Abdullayev hadisə yerində ölüb. Xəsarət alanlar isə Şəmkir rayonun Mahmudlu kənd sakinləri 1985-ci il təvəllüldü Vüsal Babayev, 1965-ci il təvəllüdlü Xalidə İsayeva, 1972-ci il təvəllüdlü Xudayar Musayev, 1993-cü il təvəllüdlü Anar Qasımov və 2004-cü il təvəllüdlü Elşanə Musalıdır.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov